Boks üzrə birincilik başa çatdı

  Boks üzrə birincilik başa çatdı

Oktyabrın 26-sı Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş böyüklər və gənclər arasında boks üzrə muxtar respublika birinciliyinin final görüşləri keçirilib, qaliblər mükafatlandırılıb. 

Mediasport.az xəbər verir ki, ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunub.

Kamal Məmmədov (48 kq), Ucal Musayev (51 kq), Talıb Hüseynov (54 kq), Fikrət Abbaslı (57 kq), Ruhin Səfərov (60 kq), Uğur Əliyev (63,5 kq), Əsgər Heydərov (67 kq), Sənan Kazımlı (71 kq), Nazim Abazərli (75 kq), Devid Oloboye (80 kq), Kənan Allahverdiyev (86 kq) və Əkbər Qənbərli (92+ kq) müvafiq kateqoriya və çəki dərəcələri üzrə birinci yerə layiq görülüblər. 

Gənclər və İdman Nazirliyinin Naxçıvan Boks Federasiyası ilə birgə təşkil etdiyi yarışa ümumilikdə 70-ə yaxın boksçu qatılıb.