Canni De Byazi: "Diqqətli olmalıydıq"

Canni De Byazi: "Diqqətli olmalıydıq"

Milli komandamız Kişinyovda yoldaşlıq görüşü çərçivəsində Moldova yığması ilə qarşılaşıb.

mediasport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv ardıcıl 4-cü görüşdə meydandan qələbə ilə ayrılıb - 2:1.

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son 3 matçı qalib başa vuran millimizin italyan çalışdırıcısı "Zimbru" stadionundakı qarşılaşma barədə fikirlərini bölüşüb. İtaliyalı son saniyələrdə buraxılan qola görə xüsusi narahat olduğunu deyib:

“Hər iki komanda son üç oyunda ardıcıl qələbə qazanmışdı. Yaxşı formada olan komandaya qarşı oynadıq. Diqqətli olmalıydıq. Bu gün yeni müdəfiə xətti ilə oynayırdıq. Mərkəzdə çıxış edən Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk çox yaxşı oyun keçirdilər. İlk hissədə əla futbol oynadıq, bir çox qol imkanları yaratdıq. Artıq ikinci hissənin son 10 dəqiqəsində oyunu xeyrimizə bitirə bilərdik. Komandanın oyunundan razı qaldım. 90 dəqiqə ərzində mübarizəni dayandırmadıq. Yeganə narahatlığım son dəqiqələrdə qol buraxmağımız oldu. Hərçənd buraxdığımız qolda situasiyanı daha yaxşı idarə edə bilərdik. Şahruddin çox yaxşı oyun keçirdi. Futbolçularım çox istəkli idilər. Belə davam etməliyik.

O, noyabrın 20-də qarşılaşacaqları Şimali Makedoniya yığmasının da çətin rəqib olduğunu diqqətə çatdırıb: "Çox çətin rəqibdir, yaxşı futbolçuları var. Albaniya millisində çalışarkən onlara qarşılaşmışıq. Komandanı çox yaxşı tanıyıram. Uğurlu nəticə əldə etmək üçün daha yaxşı oyun keçirməliyik”.