ÇL-də 3-cü mərhələ başlanır: "Fənərbağça" Fransa səfərində
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin matçları start götürəcək.
Mediasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində bu axşam 7 qarşılaşma baş tutacaq.
"Qarabağ"ın da meydana çıxacağı raundun qalan 3 görüşü sabah keçiriləcək.
Cavab qarşılaşmaları gələn həftə oynanılacaq.
UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyunlar
20:00. "Qarabağ" - "Ludoqores" (Bolqarıstan)
21:00. "Malmö" (İsveç) - PAOK (Yunanıstan)
21:15. "Midtyulland" (Danimarka) - "Ferensvaroş" (Macarıstan)
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya)
22:00. "Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)
22:30. “Lill” (Fransa) - "Fənərbağça" (türkiyə)
22:45. “Zalsburq” (Avstriya) - “Tvente” (Niderland)