"Qarabağ" - "Rakuv" cütünün rəqibi müəyyənləşdi - Çempionlar Liqası

"Qarabağ" - "Rakuv" cütünün rəqibi müəyyənləşdi - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab qarşılaşmalarına start verilib.

MediaSport.az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçirilib.

"Qarabağ" - "Rakuv" cütünün III mərhələdə rəqibi müəyyənləşib. Cütün qalibi növbəti raundda Kiprin "Aris" klubu ilə qarşılaşacaq. Bundan başqa, ilk oyun günündən sonra Yunanıstanın "Panatinaikos", Sloveniyanın "Olimpiya" və Slovakiyanın "Slovan" komandaları da adlarını III mərhələyə yazdırıblar.

Qalan 8 cavab matçı bu gün oynanılacaq.


UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. Cavab oyunları


1 avqust


"Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna) 2:2

Qollar: Andraj Şporar, 15; 70 - Artyom Dovbik, 24. Eduard Sarapi, 54.

Qırmızı vərəqə: Vladimir Tançik, 75 ("Dnepr-1").

İlk oyun - 3:1


"Olimpiya" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan) 2:1

Qollar: Timmi Elşnik, 18; 90+2 - Kiril Despodov, 15.

Qırmızı vərəqə: Son, 83 ("Ludoqorets")

İlk oyun - 1:1


"Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) 2:2

Qollar: Aleksandar Çavriç, 5. Zuberu Şarani, 66 - Xrvoe Barişiç, 75. Antonio İvançiç, 90+3.

İlk oyun - 1:0

BATE (Belarus) - "Aris" (Kipr) 3:5

Qollar: Valeri Qromıko, 25 (penalti). Aleksandr Martınov, 48. Denis Laptev, 90+3 - Şavi Babika, 8. Yannik Qomis, 26. Kaju, 35. Leo Benqtsson, 56. Mariuş Stepinski, 74.

İlk oyun - 2:6