Niderland mətbuatı "Qarabağ"ın 3 üzvünü XÜSUSİ FƏRQLƏNDİRDİ
Niderland mətbuatında UEFA Avropa Liqasının əsas mərhələsində "Ayaks"la qarşılaşacaq "Qarabağ" haqqında yazı dərc olunub.
Mediasport.az xəbər verir ki, “Voetbal İnternational” nəşri Qurban Qurbanovun baş məşqçisi olduğu Azərbaycan çempionunun heyətini analiz edib.
Yazıda Ağdam təmsilçisinin heyətinin 13-dən çox ölkədən olan legionerlərdən formalaşdırıldığı yer alıb:
"Qarabağ"da 13 müxtəlif ölkədən futbolçular forma geyinirlər. Komandanın start heyətində azərbaycanlılarla müqayisədə daha çox braziliyalılar çıxış edirlər. Onlar Çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo”ya (3:0, 2:0) məğlub oldular. “Qarabağ” müdafiədən hücuma kifayət qədər effektiv və sürətlə çıxa bilən komandadır".
Niderlandlılar "köhlan atlılar"ın heyətində 3 futbolçunu xüsusi fərqləndiriblər:
"Ən məşhur oyunçuları əlcəzairli Yassin Benziadır. O, uzun və gözəl futbol səyahətindən sonra indi Azərbaycan klubunda forma geyinir. Ötən mövsüm komandanın ölkə çempionatında bombardiri olmuş Juninyonu xüsusi vurğulamalıyıq. Sol cinah müdafiəçisi Toral Bayramov da son mövsümdə ümumilikdə 15 qol vurmaqla əhəmiyyətli rol oynayıb".
Xatırladaq ki, Avroliqanın əsas mərhələsinin matçları bir görüşdən ibarət olacaq və püşkə əsasən, "Qarabağ" Amsterdam kollektivi ilə oktyabrın 24-də Bakıda üz-üzə gələcək.