AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələdi

AFFA İntizam Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında çıxış edən üç klub cərimələnib.

Mediasport.az xəbər verir ki, 6-cı turun "Araz-Naxçıvan" - "Kəpəz" matçından sonra (1:0) meydana kənar şəxslərin daxil olmasına görə birincilər 800 manat ödəyəcək.

"Şamaxı" - "Sumqayıt" görüşündə (1:0) bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün meydan sahibləri 700 manat cərimələnib.

"Sumqayıt" oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından 500 manat ödəməli olacaq.