Millimiz Avropa çempionu oldu

Millimiz Avropa çempionu oldu

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının komanda yarışları başa çatıb.

Mediasport.az xəbər verir ki, millimiz bunu finalda Fransanı məğlub etməklə bacarıb (4:3).

Azərbaycan buna qədər 1/8 finalda Bolqarıstanı (4:1), 1/4 finalda Türkiyəni (4:0), yarımfinalda Niderlandı (4:2) məğlub etmişdi.

Komandamız 4 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinci yeri tutmuşdu.

Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanmışdılar.