Ciddi xəsarət alan Ağabala Ramazanovun SON DURUMU
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun dünən "Turan Tovuz"la görüşündə ciddi xəsarət alan "Səbail"in hücumçusu Ağabala Ramazanovun son vəziyyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, 30 yaşlı forvardın həyati təhlükəsi yoxdur.
Ramazanov bir neçə gün həkim nəzarətində olacaq. Məlumatı klubun mətbuat xidməti açıqlama yayıb:
"Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail - “Turan Tovuz” oyununda zədələnən və xəstəxanaya təxliyyə olunan Ağabala Ramazanovun həyati təhlükəsi yoxdur. Futbolçumuz bir neçə gün həkim nəzarətində olacaq".