"Oyunu Qazaxıstana hədiyyə elədik, öz səhvlərimizə görə uduzduq"

"Oyunu Qazaxıstana hədiyyə elədik, öz səhvlərimizə görə uduzduq"

Futzal üzrə Azərbaycan yığmasının üzvü Hadi Əhmədi Mediasport.az saytına müsahibə verib.

Əvvəlcə Qazaxıstanla oyun haqda fikirlərin maraqlıdır. Nə deyə bilərsən?

- Birinci hissə yaxşı oynadıq. Fasilədən sonra rəqib bizi sıxdı, üstünlüyü saxlaya bilmədik. 4 qolu da onlara hədiyyə etdik, məncə. İkinci hissədə oyunumuz yaxşı alınmadı. Rəqib ideal formada deyildi. Yalnız öz səhvlərimizdən uduzduq.

Doğma meydanda oyuna müdafiədən başlamışdıq, səncə, doğru taktika idi?

- Rəqibin qapıçısı daim qabağa çıxır, oynayır. Ona görə əsasən müdafiə olunurduq. İlk qolu da bizim vurmağımız, ümumiyyətlə, oyunu tamamilə müdafiədən qurmağımıza səbəb oldu. Amma məncə, hesab 1:0 bizim xeyrimizə olandan sonra rəqibi sıxsaydıq, bir az pressinq eləsəydik, nəticə daha yaxşı ola bilərdi.

6 xala bərabər oyun idi...

- Bəli, tamamilə haqlısız. Biz bu oyunda qalib gəlsəydik, dünya çempionatına yollanmaq üçün daha yaxşı şans qazanacaqdıq. Qrup birincisi olmaq imkanlarımız çoxalacaqdı. Təəssüf, uduzduq. Oyunu Qazaxıstana hədiyyə elədik.

3-4 gün sonra Astanada yenidən Qazaxıstana qarşı oynayacaqsız. Nə fikirləşirsən, necə olacaq?

- Gərək, toparlanıb özümüzə gələk, yaxşı hazırlaşaq. Orada hamımız gücümüz qoymalıyıq. Başqa yolumuz yoxdur.

Qazaxıstan yığmasını ilk hissədə məğlub etdik, yekunda isə 4 top buraxıb uduzduq. Komandamızda əsas çatışmayan nədir, səncə?

- Komandamızın oyunu alınmadı. Əsas da heyətdə olan braziliyalılar, məncə, formada deyildilər. Qazaxıstanı Bakıda uda bilərdik. Onlar güclü olsalar da, bu matçda heç də ideal vəziyyətdə deyildilər. Sadəcə, öz səhvlərimiz ucbatından uduzduq.

Bu məğlubiyyətdən sonra dünya çempionatına getmək şansımız qalır?

- Birinci yer əldən getdi day...Ən yaxşı qrup ikincisi ola bilərik. Bunun üçün şansımız var. Rumıniya ilə Bakıda, Niderlandla səfərdə oyunlarımız olacaq və hər ikisində mütləq qələbə qazanmalıyıq.

Elvin