Yığmamızın Estoniya ilə səfər oyunu bu stadionda keçiriləcək

Yığmamızın Estoniya ilə səfər oyunu bu stadionda keçiriləcək

Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

mediasport.az xəbər verir ki, 2023-cü il oktyabrın 13-də keçiriləcək görüş Tallindəki "Le Koq Arena"da oynanılacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

F qrupunda Azərbaycan və Estoniya yığmaları ilə yanaşı, Belçika və Avstriya kollektivləri də yer alıb. Canni de Byazinin rəhbərlik etdiyi milli komanda qrupda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.