Cüdo millimiz DÇ-də 13-cü oldu
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya çempionatında çıxışlarını başa vurublar.
mediasport.az xəbər verir ki, mundialdakı 10 (11 nəfər idi, Uşangi Kokauri zədələndiyi üçün yarışa qatılmadı) təmsilçisindən yalnız Hidayət Heydərovla Zelim Kotsoyev bürünc medal qazana bildilər.
Bu nəticədən sonra ümumi komanda sayındakı sıralamada ölkəmiz 13-cü yerdə qərarlaşıb. Yaponiya 5 qızıl, 3 gümüş, 2 bürünc medalla liderdir. Braziliya (2-0-1) ikinci, Özbəkistan (2-0-0) üçüncüdür.