Azərbaycan cüdoçuları komanda yarışlarında mübarizəyə başlayır

  Azərbaycan cüdoçuları komanda yarışlarında mübarizəyə başlayır

Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının komanda yarışları start götürür. 

Mediasport.az xəbər verir ki, komanda yarışlarında 15 ölkə medallar uğrunda mübarizə aparır.

Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunur. Cüdoçularımızın ilk rəqibləri Tacikistan yığması olacaq.

Oğlanlar arasında Süleyman Əliyev və Vüsal Qələndərzadə (hər ikisi -73 kq), Aslan Kotsoyev və Süleyman Şükürov (hər ikisi -90 kq), Kənan Nəsibov və Əjdər Bağırov (+90 kq), qızlarda Aydan Vəliyeva və Fidan Əlizadə (hər ikisi -57 kq), Pərvanə Abdullayeva (-70 kq), Nigar Süleymanova (+70 kq) güclərini sınayacaq.