Dünya çempionatında Azərbaycanı 15 cüdoçu təmsil edəcək - SİYAHI

Dünya çempionatında Azərbaycanı 15 cüdoçu təmsil edəcək - SİYAHI

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığması 4-8 oktyabrda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan bu yarışda 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 

Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

4-7 oktyabr tarixlərində çempionatın fərdi yarışları, 8 oktyabrda isə komanda yarışları keçiriləcək.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


Qızlar


-48 kq. 

Könül Əliyeva 

-52 kq. 

Aydan Vəliyeva 

Xədicə Qədəşova

-57 kq. 

Fidan Əlizadə 

-78 kq. 

Nərmin Əmirli 

+78 kq. 

Nigar Süleymanova

Pərvanə Abdullayeva komanda yarışında mübarizəyə qoşulacaq.


Oğlanlar


-60 kq. 

Nizami İmranov 

-66 kq. 

Aydın Rzayev 

-73 kq. 

Süleyman Əliyev 

Vüsal Qələndərzadə 

-81 kq. 

Ömər Rəcəbli 

-90 kq. 

Vüqar Talıbov 

İsmayıl Zamanov 

+100 kq. 

Ramazan Əhmədov

Kənan Nəsibov komanda yarışında mübarizəyə qoşulacaq.