Azərbaycan millisi İtaliyada Avropa Kubokunda dördüncü yeri tutub

Azərbaycan millisi İtaliyada Avropa Kubokunda dördüncü yeri tutub

Azərbaycanın cüdo yığması İtaliyanın Linyano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Mediasport.az xəbər verir ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb.

Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə (100 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc mükafat əldə edib.