Azərbaycan millisinin sabiq üzvü Bakıda cüdo akademiyası açıb
Cüdo üzrə Azərbaycan milli komandasının sabiq üzvü, Avropa çempionu Rüstəm Orucov akademiya açıb.
Mediasport.az xəbər verir ki, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Məşhur idmançı cüdo həvəskarlarını qeydiyyatdan keçməyə dəvət edib:
“Sizə xoş xəbərimiz var. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi Cüdo Akademiyası tezliklə xidmətinizdə olacaq. Dərslər Rüstəm Orucovun nəzarəti ilə peşəkar müəllimlər tərəfindən keçiriləcək”.
Orucov bildirib ki, akademiyada bütün yaş qrupları fəaliyyət göstərə biləcək.