Daha 1 boksçumuz Polşada 1/8 finala vəsiqə qazandı - Avropa Oyunları
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.
MediaSport.az xəbər verir ki, +92 kq çəkidə mübarizə aparan dünya çempionatının mükafatçısı 1/16 finalda Uğur Aydəmirlə (Türkiyə) qarşılaşıb.
Döyüşdə ilk raundu rəqib qazansa da, Abdullayev növbəti hissədən təşəbbüsü ələ alıb. İkinci raundda üstün olan boksçumuz üçüncü hissədə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.
O, 1/8 finalda ilk mərhələdən azad olan gürcüstanlı Nikolos Beqadze ilə döyüşəcək. Görüş iyunun 27-də olacaq.
Qeyd edək ki, 71 kq çəkidə Sərxan Əliyev də 1/8 finala vəsiqə qazanıb.