Daha bir boksçumuz Olimpiya Təsnifat Turnirində 1/8 finala çıxıb
Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən 1-ci Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
Mediasport.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/16 finalda Keniyə təmsilçisi Bakari Hassana qalib gəlib.
Hər 3 raundu xeyrinə bitirən idmançımız 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabını bayram edib.
Növbəti görüşünü sabah keçirəcək Rüstəmovun rəqibi tacikistanlı Asror Vohidov olacaq.
Qeyd edək ki, daha əvvəl millimizin 3 üzvü - 71 kqda Sərxan Əliyev, 66 kqda Şəhla Allahevrdiyeva və 57 kq-da Zeynəb Rəhimova adını 1/8 finala yazdırıb.