Azərbaycan Avropa çempionatında 3 medalla 3-cü yeri tutdu
Albaniyanın paytaxtı Tiranada keçirilən 21 yaşadək taekvondoçuların Avropa çempionatı başa çatıb. MediaSport.az xəbər verir ki, Azərbaycan yığması 3 medalla yarışı 3-cü pillədə yekunlaşdırıb.
Səyyad Dadaşov bütün rəqiblərini üstələyərək Avropa çempionu olub, Cavad Ağayev gümüş, Eltac Qafarov isə bürünc medal qazanıb.
Azərbaycan yığması Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da mübarizə aparacaq.