Paris-2024: Azərbaycanın ilk idmançısı mübarizəyə başlayıb

Paris-2024: Azərbaycanın ilk idmançısı mübarizəyə başlayıb

Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayıb.

Sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb.

Milli üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb. Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq.

1/32 final görüşləri iyulun 30-da baş tutacaq. Qadınların kamandan oxatma yarışında mükafatçılar avqustun 3-də müəyyənləşəcək.

Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur.

Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.