Daha iki boksçumuz Olimpiya Təsnifat Turnirində 1/8-ə çıxıb
Azərbaycan daha 2 boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.
Mediasport.az xəbər verir ki, 71 kq çəkidə yarışan dünya çempionatının mükafatçısı Sərxan Əliyev 1/16 finalda Aleksandr Trofimçuku (Litva) məğlub edib.
Əliyev 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) hesabı ilə qalib gəlib.
O, növbəti görüşünə martın 10-da çıxacaq.
66 kq çəkidə mübarizə aparan Şəhla Allahevrdiyeva isə 1/16 finalda ispaniyalı Mariana Soto Torresi 5:0 hesabı ilə məğlub edib.
Təmsilçimiz 1/8 final döyüşünü martın 9-da keçirəcək.
Qeyd edək ki, 57 kq-da yarışan Zeynəb Rəhimova ötən gün adını 1/8 finala yazdırıb.