Avropa çempionatı: Boksçularımız Sofiyada medal görüşlərinə çıxır

  Avropa çempionatı: Boksçularımız Sofiyada medal görüşlərinə çıxır

Azərbaycanın 3 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 Avropa çempionatının finalında mübarizə aparacaq.

Mediasport.az xəbər verir ki, yarışın sonuncu günündə Tural Sarıyev (48 kq) Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.

Nicat Hüseynov (51 kq) ermənistanlı Rudolf Qarboyanla üz-üzə gələcək.

Murad Allahverdiyev (80 kq) Sezar Yojerlinlə (Fransa) dueldə qələbə qazanmağa çalışacaq.