DÇ-2022: Himni fitə basan iranlı futbolçular həbs oluna bilərlər
Dünya Kubokunun İngiltərə - İran qarşılaşmasının startından əvvəl İran dövlət televiziyası yayımı dayandırıb.
mediasport.az xəbər verir ki, buna milli komandanın üzvlərinin dövlət himnini oxumaqdan imtina etməsi səbəb olub.
İranlı oyunçular sentyabrda 22 yaşlı Məhsa Əmininin hicab taxmaq qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra qətlə yetirilməsinə etiraz ediblər. Mundialı izləmək üçün Qətərə yollanmış iranlı azarkeşlər himni fitə basıblar.
Məlumata görə, İran milli komandasının oyunçuları və onların ailə üzvləri cinayət işinə cəlb edilə bilərlər. Futbolçuların vətənə qayıtdıqdan sonra həbs olunacağı gözlənilir.
Qarşılaşma İngiltərə yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.