"Dinamo"nun baş direktoru "Turan Tovuz"un transferini təsdiq etdi
Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda çıxış edən Anton Kraçkovskinin “Turan Tovuz”a keçəcəyi təsdiqlənib.
Mediasport.az xəbər verir ki, bu barədə Mahaçqala təmsilçisinin baş direktoru Şamil Qazizov Rusiya mətbuatına açıqlamasında deyib.
O, 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan klubuna yollanacağını bildirib:
“Böyük ehtimalla, Kraçkovski daha çox oyun praktikası qazanmaq üçün yanvarda “Turan Tovuz”a icarəyə veriləcək”.
Qeyd edək ki, Mosvka ÇSKA-sının yetirməsi 2022/2023-cü illər mövsümündə məhz türkmənistanlı mütəxəssisin rəhbərliyi altında Qazaxıstanın "Kayrat" klubunda 45 matçda forma geyinib.
Kraçkovski cari mövsüm Rusiya Premyer Liqasında 7 görüşdə meydana çıxıb.