Dünya Kuboku Bakıda keçiriləcək

Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku 2023-cü ildə Bakıda keçiriləcək.

mediasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib.

İyulun 29-da başlayacaq turnir avqustun 26-dək davam edəcək. Bu, ölkəmizdə təşkil ediləcək ikinci Dünya Kuboku olacaq. Bakı ilk dəfə 2015-ci ildə mötəbər turnirə ev sahibliyi edib.