Dünya reytinqində ən çox irəliləyən milli komandamız olub

Dünya reytinqində ən çox irəliləyən milli komandamız olub

Kişi basketbolçulardan ibarət millimiz FİBA-nın yenilənmiş reytinq cədvəlində 13 pillə irəliləyib.

Mediasport.az xəbər verir ki, hesabında 80 xal olan yığmamız 160 komandanın sıralamasında 105-ci pillədə qərarlaşıb.

Komandamız uzun fasilədən sonra FİBA-nın reytinq cədvəlində bu qədər irəliləməyi bacarıb və bu göstərici bütün yığmalar arasında irəliləyiş baxımından ən yaxşısıdır.

Qeyd edək ki, millimiz fevralda dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub, doğma meydanda Kosovoya 87-77 hesabı ilə qalib gəlib.