Eldar Zülfüqarov Avropa çempionatına təyinat aldı

Eldar Zülfüqarov Avropa çempionatına təyinat aldı

Avropa Voleybol Federasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib.

Mediasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb. 

Ədalət təmsilçimiz Bolqarıstanın ev sahibliyi edəcəyi B qrupunun qarşılaşmalarında hakim kimi meydana çıxacaq.

Qeyd edək ki, B qrupunda meydan sahibi Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları yer alıb.

Qrupda mübarizəyə bu gün start veriləcək.