"Turan Tovuz"un məşqçi və futbolçuları İngiltərə klubunda
Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı "Huner Group"un qonağı olub.
Mediasport.az xəbər verir ki, qonağa şirkət və həyata keçirilən layihələr barədə məlumat verilib, həmçinin gələcək prespektivdə əməkdaşlıqla bağlı geniş müzakirələr aparılıb.
Görüşdə “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, klubun direktorları Əli Balakişiyev, Nadir Nəbiyev və Səməd Nəsibov iştirak ediblər.
Görüşdə klubla Acun Ilıcalının sahibi olduğu İngiltərənin “Hall Siti” klubu arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Təklifləri müsbət dəyərləndirən qonaq yaxın gələcəkdə hər iki klubun bütün sahələrdə mümkün əməkdaşlığından məmnun olacağını bildirib.
İlkin razılığa əsasən Tovuz klubunun əməkdaşları, məşqçi və futbolçu heyəti “Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə klubun düşərgəsində təcrübə keçəcəklər.
Sonda Acun Ilıcalıya klubun rəhbəri Ehtiram Quliyev tərəfindən komandanın 10 nömrəli forması hədiyyə olunub.