Azərbaycandan Botsvanaya 10 min dollarlıq inventar ianə edilib

  Azərbaycandan Botsvanaya 10 min dollarlıq inventar ianə edilib

5 iyul - Ümumdünya Badminton Günü münasibətilə Azərbaycan Badminton Federasiyası (ABF) və Dünya Badminton Federasiyasının (BWF) birgə dəstəyi ilə Botsvana Badminton Assosiasiyasına (BBA) 10,000 ABŞ dolları dəyərində inventar ianə edilib.

Mediasport.az xəbər verir ki, Botsvana Badminton Assosiasiyasından kort, raketka, volan, badminton geyimi və aksesuarlarından ibarət ianənin idmançıların daha yaxşı şərtlər altında məşq etməsinə şərait yaradacağı bildirilib.

Layihənin məqsədi badminton vasitəsilə inkişaf etməkdə və həyat səviyyəsi aşağı olan ölkələrdə sosial həyatın, təhsilin səviyyəsinin artırılmasına dəstək olmaqla yanaşı, Dünya Badminton Federasiyasının etibarlı tərəfdaşı kimi bu idman növünün ümumi inkişafına töhfə verməkdir.