TAF prezidenti Türkiyədə yığma komandalarımızı ziyarət edib

TAF prezidenti Türkiyədə yığma komandalarımızı ziyarət edib

Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Tələt Ünlü hazırda Türkiyədə təlim-məşq toplanışında olan yığma komandalarımızı ziyarət edib.

Mediasport.az xəbər verir ki, qurum rəhbəri 12-20 fevral tarixlərində Bolqarıstanda keçiriləcək Avropa çempionatına və digər beynəlxalq yarışlara hazırlaşan idmançı və məşqçi heyətimizlə görüşüb,.

Ünlü Türkiyə və Azərbaycan yığma komandalarının birgə toplanış keçməsinin müsbət məqam olduğunu, daha böyük uğurlara gətirib-çıxaracağına və qardaş ölkələrin qitə və dünya çempionatları, həmçinin Olimpiya Oyunlarında birlikdə qələbələr yaşayacağına əminliyini bildirib.