Azərbaycanın daha bir idmançısı medal qazanmaq şansını itirdi

Azərbaycanın daha bir idmançısı medal qazanmaq şansını itirdi

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Mediasport.az xəbər verir ki, ukraynalı legioner 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan təmsilçimiz "6-lıq"da uğursuz çıxış edərək dördüncü yeri tutub.

Medal şansını itirən Diana yalnız C/D yarımfinalına yüksəlməklə, 6-12-ci yerlər uğrunda mübarizə aparacaq.

İlk üç yerin sahibi A/B yarımfinalına vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.