FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu göndərildi
Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
Mediasport.az xəbər verir ki, beynəlxalq qurumların rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Şəhriyar Rəhimov avqustun 25-də, 34 yaşında müalicə aldığı Türkiyədə vəfat edib.