Yığmanın keçmiş futbolçusu xərçəng xəstəliyindən dünyasını dəyişdi

Yığmanın keçmiş futbolçusu xərçəng xəstəliyindən dünyasını dəyişdi

2014-2018-ci illərdə Latviya  yığmasının formasını geyinmiş Gints Freymanis 40 yaşında dünyasını dəyişib.

mediasport.az xəbər verir ki, həkimlər keçmiş futbolçuya 2021-ci ildə melanoma (xərçəng xəstəliyinin ağır forması) diaqnozu qoymuşdular.

Karyerası əsasən Latviya klubları ilə bağlı olmuş mərhum müdafiəçi milli komandada 13 oyun keçirib, 1 qol vurmuşdu.