Milli komandanın xanım futbolçusu qayadan yıxılaraq həyatını itirdi

Milli komandanın xanım futbolçusu qayadan yıxılaraq həyatını itirdi

Dünya futboluna faciə üz verib.

Mediasport.az xəbər verir ki, İslandiyada legioner həyatı yaşayan Moldovanın qadınlardan ibarət milli komandasının üzvü Violetta Mitsu bədbəxt hadisə nəticəsində həyatını itirib.

2-ci Liqa təmsilçisi "Eynheryi" klubunun müdafiəçisi rəfiqələri ilə dəniz kənarında istirahətdə olarkən qayadan yıxılıb. Ağır kəllə-beyin travması alan 26 yaşlı Mitsunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə İslandiyanın Volnafordur şəhərində qeydə alınıb.

Mitsu Moldova yığmasının heyətində 41 oyun keçirmişdi.