ŞOK! FOTO: Boks federasiyasının prezidenti 4 güllə ilə qətlə yetirildi
Ukraynanın Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti Maksim Denşik güllələnib.
Mediasport.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Naməlum şəxs hündürmərtəbəli binanın qarşısında M.Denşikə 4 dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, məmurun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Maksim Denşik eyni zamanda Zaporojye Şəhər Şurasının üzvü olub və may ayında daxili araşdırmalara görə vəzifəsindən uzaqlaşdırılıb.