Filip Ozobiç zədələndi

Filip Ozobiç zədələndi

Premyer Liqanın 12-ci turu çərçivəsində səfərdə "Şamaxı"nın qonağı olan "Qarabağ" ciddi itki ilə üzləşib.

mediasport.az xəbər verir ki, birinci hissənin ortalarında Ağdam klubunun əsas futbolçusu Filip Ozobiç zədələnərək meydandan çıxıb.

Xorvat yarımmüdafiəçini cari mövsümün debütantı Nəriman Axundzadə əvəzləyib.