"Formula 1" Qran-prisi növbəti dəfə Azərbaycanda keçirilə bilər
"Formula 1" üzrə Azərbaycan Qran-prisi çərçivəsində ilk dəfə sprint yarış təşkil olunacaq. Bu, ölkəmizə gələcək azarkeşlərin sayını daha da artıracaq".
mediasport.az xəbər verir ki, bu sözləri yarışın mətbuat katibi Turab Teymurov bildirib.
O, “Bakı sindromu”nun (Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilot qalib gəldiyi üçün "Formula 1" mütəxəssisləri bunu “Bakı sindromu” adlandırırlar-red.) artıq "Formula 1"in lüğətinə daxil edildiyini vurğulayaraq, bu ənənənin növbəti ildə də davam etdirilməsinə çalışacaqlarını bildirib: "Gələn il rekord sayda Qran-pri təşkil olunmalı idi. Ancaq Çin Qran-prisi ləğv olundu. Yarış hələ heç bir ölkəyə həvalə olunmayıb".
Azərbaycan Qran-prisi 2023-cü il aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.