60 ölkədə "Formula 1" Azərbaycan Qran-prisinə biletlər alınıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə Avropa, Asiya və Şimali Amerika ölkələrində maraq olduqca yüksəkdir.
mediasport.az xəbər verir ki, bu barədə yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat verib.
Bildirilib ki, 1 ay ərzində 60 ölkədə Azərbaycan Qran-prisinə biletlər alınıb və proses davam edir. Bilet alanlar arasında Niderland, Böyük Britaniya, Türkiyə, Qazaxıstan, Hindistan, ABŞ və Meksika kimi ölkələrin azarkeşləri üstünlük təşkil edirlər.
"Formula 1" Azərbaycan Qran-prisi aprelin 28-30 aprel tarixlərində Bakı şəhər halqasında keçiriləcək.