Səmədovadan bürünc medal, Məmmədova mükafatsız qaldı
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Nərgiz Səmədova yaponiyalı rəqibi Karina Hondaya "tuş"la qalib gəlib və mundialı bürünc medalla başa vurdu.
Ruzanna Məmmədova (59 kq) üçüncülük uğrunda görüşdə Koman Komala (Hindistan) 1:6 hesabı ilə uduzub və mükafatsız qalıb.