Tennisçilərimiz Çinə getdilər

Tennisçilərimiz Çinə getdilər

İyulun 28-də Çinin Çendu şəhərində XXXI Ümumdünya Yay Universiadasına start veriləcək.

MediaSport.az xəbər verir ki, 110 ölkənin qatılacağı yarışda Azərbaycan 88 idmançı ilə təmsil olunacaq.

Onlardan 8-i stolüstü tennisçidir. Çendu sınaqlarında Fərhad İsmayılov və Könül Mikayılovanın rəhbərliyi ilə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Aliyə Haşımova, Nihad Məmmədov, İbrahim Ansari, Kənan Pənahov və Fəxri Abdullayev bacarığını göstərəcək.

Komandamız artıq adıçəkilən ölkəyə yollanıb. Universiadaya avqustun 8-də yekun vurulacaq.