Gəncədə tarixə düşdü - "Kəpəz" yalnız "Qarabağ" və "Neftçi"dən geri qalır

Gəncədə tarixə düşdü - "Kəpəz" yalnız "Qarabağ" və "Neftçi"dən geri qalır

"Kəpəz" Premyer Liqada 600-cü ev qoluna imza atıb.

mediasport.az PFL-ə istinadən xəbər verir ki, bu, 2023/24 mövsümünün ilk turuna təsadüf edib.

Gəncədə “Neftçi”ni qəbul edən qərblilərin yubiley qoluna Mate Kvirkviya imza atıb. O, penaltidən fərqlənib.

Bununla da “Kəpəz” ölkə çempionatları tarixinə öz meydanında 600 və daha çox qol vuran 3-cü komanda kimi düşüb. Yalnız “Qarabağ”la “Neftçi” daha çox fərqlənib.

“Kəpəz” həm evdə, həm də ümumiyyətlə ölkə çempionatlarında ilk qoluna 1992-ci il mayın 3-də imza atıb. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub.

Qeyd edək ki, Misli Premyer Liqasının I turunun görüşündə “Kəpəz” “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.