Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirdə iştirak edirlər
Çexiyanın Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə 51-ci Beynəlxalq Dostluq yarışı keçirilir.
Mediasport.az xəbər verir ki, gimnastlarımız məşqçilər Abdulla Qasımovla Vladimir Şulikinin rəhbərliyi altında fərdi və sinxron hərəkətlərdə Azərbaycanı təmsil edirlər.
Rövşən Qurbanov turnirdə hakim vəzifəsini icra edir.
51-ci Beynəlxalq Dostluq yarışında iştirak edən Azərbaycan gimnastları
Fərdi: Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşaliyev, Fərhad Mustafayev, Ömər Qasımlı, Ayan Şabanova, Samirə Hüseynova.
Sinxron: Hüseyn Abbasov və Nicat Mirzəyev, Əli Niftəliyev və Ammar Baxşaliyev, Fərhad Mustafayev və Ömər Qasımlı, Ayan Şabanova və Samirə Hüseynova.