"Avropa çempionatına Azərbaycan millisi tam hazırdır" - Fərid Qayıbov

 "Avropa çempionatına Azərbaycan millisi tam hazırdır" - Fərid Qayıbov

Azərbaycanda "TeamGym" üzrə Avropa çempionatının açılış mərasimi keçirilir.

Mediasport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov çıxışında yarışın maraqlı keçəcəyini bildirib:

"Ölkə Prezidenti İlham Əliyevin idmana verdiyi dəstəyi hər kəs bilir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası isə dünyanın ən fəal federasiyalarından biridir. Arenada bir neçə dəfə dünya və Avropa çempionatları keçirilib və indi biz daha bir maraqlı yarışın şahidi olacağıq".

Avropa Gimnastikasının rəhbəri "TeamGym"i gimnastikanın bir çox növlərini birləşdirən xüsusi növ olduğunu söyləyib:

"Onun getdikcə daha çox pərəstişkarı var. On dörd ölkədən gimnastların iştirak edəcəyi Avropa çempionatına Azərbaycan millisi də tam hazırdır. Bütün iştirakçılara uğurlar arzulayıram".