AGF-in texniki direktoru yenidən Texniki Komitəyə üzv seçildi
Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinə seçkilər keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova yenidən komitəyə üzvü seçilib.
Bu, Beynəlxalq Gimnastika Federasiyasının Qətərin paytaxtı Doha şəhərində keçirilən 85-ci hesabat-seçki konqresində reallaşıb.