Gimnastlarımız Misirə getdilər

Gimnastlarımız Misirə getdilər

Azərbaycanın bədii gimnastları iyunun 9-da Misirin paytaxtı Qahirədə start götürəcək "Pharaohs Cup" beynəlxalq turnirində iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, gənclərdən ibarət yığmamız, fərdi gimnastlar Nuray Əhmədzadə və Şəms Ağahüseynova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yarışa yollanıblar.

Turnirə iyunun 11-də yekun vurulacaq.