İki gimnastımız Dünya çempionatının yarımfinalına çıxdı

İki gimnastımız Dünya çempionatının yarımfinalına çıxdı

Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası və tamblinq üzrə Dünya çempionatı davam edir.

mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları uğurlu çıxışla yadda qalıb.

Kişilərin mübarizəsində təmsilçimiz Mixail malkin təsnifat mərhələsində 58.800 xal toplayıb. O, bu nəticə ilə qrup birincisi olmaqla 12 tamblinq ustasının iştirak edəcəyi yarımfinala vəsiqə qazanıb.

Qızların yarışında isə batutçu Selcan Mahsudova adını yarımfinala yazdırıb.