İdmançımız AÇ-də finala keçdi
İdman gimnastikası üzrə milli komandamızın lideri Nikita Simonov Türkiyənin Antalya şəhərində start götürən Avropa çempionatında finala vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərdə hakimlərdən 14.666 xal alıb.
Bu nəticə ilə təsnifat yarışlarını 6-cı pillədə tamamlayan Simonov həlledici mərhələyə yüksəlib.
Qitə çempionatı aprelin 16-da başa çatacaq.