“Golden Boy” mükafatına namizəd futbolçuların siyahısı yenilənib
2024-cü il “Golden Boy” mükafatına namizəd futbolçuların siyahısı qısaldılıb.
Mediasport.az xəbər verir ki, bununla Avropanın 21 yaşa qədər ən yaxşı gənc oyunçusu olmağa əsas favoritlər müəyyənləşib.
Siyahıda lider olan “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalı “Benfika”dan Joau Neveş izləyir.
“Mançester Yunayted”in üzvü Alexandro Qarnaço 3-cü pillədə qərarlaşıb.
Digər sıralarda müvafiq olaraq, ardıcıllıqla Uorren Zaire-Emeri (PSJ, Fransa), Leni Yoro (“Lill”, Fransa), Savio (“Jirona”, İspaniya) və Kobbi Meynu (“Mançester Yunayted”, İngiltərə) yer alıblar.
Xatırladaq ki, 2003-cü ildən təqdim edilən mükafatı ötən il Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellingem qazanıb.