Göygöldə kadetlər arasında cüdo üzrə Avropa kuboku start götürüb
Göygöldə cüdo üzrə kadetlər arasında Avropa kuboku start götürüb.
Mediasport.az xəbər verir ki, yarışda 14 ölkədən 323 idmançı mübarizə aparır.
Avropa kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq, həmçinin neytral statuslu cüdoçular tatamiyə çıxacaqlar.
Azərbaycan millisi yarışda 140 idmançı – 95 oğlan və 45 qızla təmsil olunur.
Ötən il yığmamız komanda hesabında 1-ci yeri tutub. Cüdoçularımız 7 qızıl, 5 gümüş və 9 bürünc qazanıblar. Türkiyə 3 qızıl, 4 gümüş və 5 bürünclə ikinci olub. Gürcüstan isə üçüncü yeri tutub – 2 qızıl, 2 gümüş və 2 bürünc.
Qeyd edək ki, Göygöl ikinci dəfə Avropa kubokuna ev sahibliyi edir.