Daha bir komandamız Avropa çempionatında medal qazanıb

Daha bir komandamız Avropa çempionatında medal qazanıb

Azərbaycan idmançıları Macarıstanın Dyör şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında daha bir medal qazanıblar.

Mediasport.az xəbər verir ki, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv oğlanlar arasında keçirilən komanda yarışlarında bürünc mükafata sahib çıxıb.

Yığmamız 10 metr məsafəyə güllə atma yarışında fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, daha əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov qitə birinciliyində 3-cü yeri tutublar.