Günay yekunda 16-cı oldu

Günay yekunda 16-cı oldu

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-pri seriyasının bütün yarışlarına yekun vurulub.

mediasport.az xəbər verir ki, yığmamızın üzvü Günay Məmmədzadə ümumi seriyanın yekununda 16-cı yeri tutub.

Məmmədzadə cari il keçirilən dörd Qran-pri seriyasının yalnız birində iştirak edib. Seriyada ilk iki yeri tutan Katerina Laqno və Aleksandra Qoryaçkina (hər ikisi FİDE) Namizədlər Turnirinə vəsiqə qazanıb.